12px13px15px17px
Tarix:04/06/20

“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyadan keçib. Bu, smartfonun satışa “Samsung Galaxy Note 20 Ultra” adı ilə çıxarılacağından xəbər verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “Samsung” şirkəti tərəfindən ötənilki “Galaxy Note 10” və “Galaxy Note 10 plus” modellərini əvəzləyəcək “Galaxy Note 20” seriyası avqustda təqdim ediləcək. Şayiələrə görə, buraxılışı gözlənilən smartfonlar “Galaxy Note 20” və “Galaxy Note 20 plus” adları ilə işıq üzü görəcək. İndiyədək “Galaxy Note 20 Ultra” modelinin internetdə fotoşəkili dərc edilməmişdi.

 

Bildirilir ki, “Galaxy Note 20 Ultra” üçün “Bluetooth” sertifikatlaşdırması “Bluetooth 5.0” dəstəyini təsdiq etməklə onun xüsusiyyətləri barədə ətraflı məlumat vermir. Populyar internet informatorunun fikrincə, smartfon “Snapdragon 865 plus” prosessoru əsasında yaradıla bilər. Lakin bununla yanaşı, “Bluetooth SIG” məlumat bazasında mümkün səhvə yol verilməsinə görə smartfonun “Galaxy Note 20 plus” adlanacağı istisna olunmur.

 

Yeni qurğunun 120 QHs takt tezlikli yeniləmə dəstəyi ilə “FullHD plus” təsvir ölçülü 6,9 düym diaqonallı ekran, eləcə də quraşdırılmış daktiloskopik sensor ilə təchiz ediləcəyi gözlənilir. Smartfonun operativ yaddaş tutumu 16 giqabayt, quraşdırılmış yaddaşı 512 giqabayt təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 169

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 İyul 2020

14 07 2020

14/07/20
“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırlayır

“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırladığını elan edib. Dü

14/07/20
2020-ci ildə İT bazarının həcmi koronavirusa görə 7,3% azalacaq

“Gartner” tədqiqat şirkətinin analitikləri 2020-ci il üçün İT bazarı üzrə proqnoza düzəliş ediblər. Əvvəl

14/07/20
“One Netbook” hibrid minikompüteri planşetə çevrilir

Ultraportativ kompüterlərin hazırlanması ilə məşğul olan “One Netbook” şirkəti mühəndis və İT peşəkarları

14/07/20
“LG” şirkəti “Android 10” sistemi ilə işləyən yeni smartfonunu təqdim edib

“LG” şirkəti “Aristo 5” adlı başlanğıc səviyyəli yeni modelini təqdim etməklə öz smartfon çeşidini

14/07/20
“Google” Hindistan iqtisadiyyatının rəqəmsallaşdırılmasına 10 milyard dollar qoyacaq

“Google” şirkəti növbəti 5-7 il ərzində Hindistan bazarına 10 milyard dollar investisiya yatıracaq. Sərma

14/07/20
Çox sürətli “Oppo” enerjidoldurma qurğusu 10 dəqiqə ərzində smartfonu tam şarj edəcək

“Oppo” şirkəti 125 vatt gücündə çox sürətli enerjidoldurma qurğusunu təqdim etməyə hazırlaşır. Yenilik nə

14/07/20
Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

Çinin “WeRide” startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksilər servisini istifadəyə verəcək.

14/07/20
“Apple” “ağıllı” eynəyi üçün linzaların təcrübi istehsalına başlanılıb

“Apple” şirkəti və onun istehsalçı tərəfdaşı “Foxconn” əlavə reallıq texnologiyasına malik “ağıllı” e