12px13px15px17px
Tarix:06/12/11

“Nano”-SİM kartları dəstəkləyən ilk telefonlar 2012-ci ildə istehsal ediləcək

Avropa Telekommunikasiya Standartları İnstitutu (ETSI) ilin sonuna kimi yeni tipli SİM-kart standartını (Nano-SİM) təsdiq edəcək. Almaniyanın  “Giesecke & Devrient” şirkəti noyabr ayında onları hazırladığını bildirib.

“Nano”-SİM kartlarının ölçüləri 12×9 mm təşkil edir ki, bu isə micro-SİM-dən təxminən 3/1 qədər azdır. Əgər adi SİM-kartlarla müqayisə etsək, o zaman ölçülər 60% azalıb. Kartların qalınlığı isə 15% azalıb.

Bildirilib ki, “Nano”-SİM kartlarını dəstəkləyən ilk mobil telefon və smartfonlar 2012-ci ildə istehsal ediləcək.
“Nano”-SİM kartlarının yaradılmasının istehsalçılara telefonların qalınlığını bir qədər  azaltmaq imkanı verəcəyi bildirilib.




Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020