12px13px15px17px
Tarix:05/06/20

“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

"AppStore" internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. "Avast" şirkətinin mütəxəssislərinin məlumatına görə, keyfiyyətsiz işləyən bu ödənişli proqramlar üçün abunənin qiyməti çox yüksəkdir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, bu mobil tətbiqlər arasında "Buckler VPN", "Hat VPN" və "Beetle VPN" var. Quraşdırmadan sonra istifadəçi sözügedən mobil tətbiqlərə 3 günlük ödənişsiz giriş əldə edir. Sınaq müddəti bitdikdən sonra istifadəçinin hesabından həftəlik 10 dollar çıxarılır. Materialda qeyd edilir ki, əslində bu cür abunələrin qiyməti daha ucuzdur.

 

Mütəxəssislər "iPhone" istifadəçilərinə mobil tətbiqlər üçün abunə qiymətlərinə diqqət yetirməyi və hesablarından nə qədər pulun çıxarıldığını izləməyi tövsiyə ediblər.

 

Emil Hüseynov





Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024