12px13px15px17px
Tarix:10/06/20

“Microsoft” 129 boşluğu aradan qaldıran təhlükəsizlik paketini təqdim edib

“Microsoft” korporasiyası müxtəlif məhsullarında 129 boşluğu aradan qaldıran aylıq təhlükəsizlik paketini çıxarıb. Təhlükəsizlik paketində çoxlu sayda aşkar edilmiş və aradan qaldırılmış problemlərə baxmayaraq, “sıfır gün” boşluğu ilə bağlı düzəliş yoxdur. Bu o deməkdir ki, bu paketdə düzəldilmiş boşluqlar hələ ki təcrübədə hakerlər tərəfindən istifadə edilməyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, müəssisə və dövlət təşkilatlarında kompüterlərə xidmət göstərən sistem administratorlarına təhlükəsizlik yeniləmə paketini tez bir vaxtda sınaqdan keçirmək tövsiyə edilir. Bu tövsiyə onunla izah olunur ki, cinayətkarlar “Microsoft” tərəfindən çıxarılan yeniləmələri diqqətlə izləyir və paketi yükləməyən istifadəçilərə qarşı haker hücumları həyata keçirmək üçün faydalı ola bilən məlumat əldə etməyə çalışırlar.

 

Emil Hüseynov





Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024