12px13px15px17px
Tarix:07/12/11

Azercell Müştərilərlə Əlaqə Mərkəzi nişanı aldı

Azercell ölkəmizdə ilk dəfə olaraq xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatına layiq görülüb.Operator EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkəti oldu.
Azercell-in Telefon Mərkəzi, hətta aid olduğu TeliaSonera şirkətlər qrupu arasında da bu səviyyəyə çatan ilk qurumdur.

EN15838 keyfiyyət sertifikatı müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət verən Avropa standartıdır. Bu norma Azad Ticarət Avropa Assosiasiyası (EFTA -European Free Trade Associations) üzvləri və Avropa məkanındakı 30 ölkə tərəfindən qəbul edilib.

EN15838 keyfiyyət sertifikatı müştəri məmnuniyyətini yüksəltmək, narazı abonentlərin sayını azaltmaq, telefon mərkəzləri əməkdaşlarının bacarıqlarını artırmağı nəzərdə tutur.

Bu standartın tələblərinə görə, mərkəz işçiləri xüsusi təlimlər keçməli, müştərinin sualını qəbul edib düzgün istiqamətə yönləndirməli, onu gözlətməməli, qısa müddətdə probleminin həllinə yardımçı olmağı bacarmalıdırlar.




Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020