12px13px15px17px
Tarix:07/12/11

“McAfee” şirkəti heyətini azaldır

Antivirus proqram təminatı istehsalçısı “McAfee” bu gün 250 əməkdaşını və ya ştatın təxminən 3%-ni işdən azad etmək planları haqqında bildirib. “McAfee” şirkətinin bəyanatında qeyd edilib ki, bu addım diqqəti əsas fəaliyyət növlərinə yönəltməyə və ümumi effektivliyi qaldırmağa imkan verəcək.

Analitiklər bildiriblər ki, “McAfee” şirkətində işçilərin çıxarılması – bu, “Symantec” şirkəti ilə daha müvəffəqiyyətli rəqabət üçün nəzərdə tutulmuş  korporativ planın bir hissəsidir.

"Şirkəti 2012-ci ildə daha yaxşı inkişaf etdirmək üçün biz bu çətin qərarı qəbul etmək və personalın sayını azaltmalı olduq" – “McAfee” şirkətinin mətbuat katibi Yan Brayen bildirib.




Baxış sayı: 1094

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024