12px13px15px17px
Tarix:20/06/20

Tədqiqatçılar birbaşa daxili orqanlara quraşdırılan biosensor çap etməyi öyrəniblər

Bəzi insanlar üçün daxili orqanların daimi monitorinqi həyati əhəmiyyət daşıyır. Bunun üçün insan özü ilə müxtəlif avadanlıq daşımağa məcburdur. Ancaq bu, həmişə rahat deyil və narahatlıq yarada bilər. Birbaşa daxili orqanlara quraşdırılan biosensorlar alternativ həll ola bilər. Amerikalı tədqiqatçılar müvafiq 3D çap texnologiyasını təqdim ediblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, Minnesota Universitetinin əməkdaşları biosensoru birbaşa daxili orqanlara quraşdırmağa imkan verən yeni 3D çap metodu hazırlayıblar. Ürək və ağciyərin daima hərəkətli vəziyyətdə olması və formasını dəyişdirməsi xüsusi çətinlik yaradır. Bu problemin həlli üçün film və videooyunların istehsalında geniş tətbiq edilən "hərəkətin tutulması" texnikasından istifadə edilib.
 
Bu texnologiya artıq ilk sınaqlardan uğurla keçib. Alimlər 3D printerin köməyi ilə donuzun ağciyərinin səthinə yumşaq hidrogeldən hazırlanmış biosensor quraşdırmağa nail olublar. Belə biosensorlardan istifadə edilməsi ürək və ağciyər kimi həyati əhəmiyyətli orqanların monitorinqini xeyli asanlaşdırmalıdır. Onların köməyilə həkimlər real vaxt rejimində xəstənin vəziyyəti haqqında daha dəqiq informasiya əldə edə biləcəklər.
 
Emil Hüseynov




Baxış sayı: 1280

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024