12px13px15px17px
Tarix:24/06/20

“Microsoft” korporasiyası “Mixer” axın platformasının fəaliyyətini dayandıracaq

ABŞ-ın “Microsoft” korporasiyası oyun translyasiyaları üçün “Mixer” axın xidmətinin işinin dayandırılmasını elan edib. Bu haqda “Mixer” saytında məlumat dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, bəyanata əsasən, tərəfdaş və strimerlərin uğuru administrasiyanın platformanı mümkün qədər tez inkişaf etdirmək imkanlarından asılıdır. Xidmətin işi iyulun 22-dək davam edəcək, bu tarixdən sonra istifadəçilər “Facebook” şirkətinin “Facebook Gaming” platformasına keçə biləcəklər.

 

Nəticədə “Mixer” platformasının strimerləri daha geniş auditoriyaya çıxış əldə edəcək, “Facebook Gaming” isə “Xbox” ilə bağlı layihələrdə daha fəal iştirak edəcəklər.

 

“Mixer”in tərəfdaşları pul qazanma şərtlərinin qorunub saxlanılması ilə “Facebook Gaming”in analoji statusunu əldə edəcəklər.

 

Emil Hüseynov





Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024