12px13px15px17px
Tarix:30/06/20

“Redmi” şirkəti ucuz qiymətə iki yeni smartfonunu təqdim edib

“Redmi” brendi ucuz smartfonlarının yenilənmiş versiyasını təqdim edib. “Redmi 9A” və “9C” modelləri böyükölçülü ekran və tutumlu akkumulyatorlar kimi oxşar xüsusiyyətlərlə yanaşı, həm də bəzi texniki fərqlərə malikdirlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, hər iki yenilik 1600x720 piksel təsvir ölçülü və tərəflər nisbəti 20:9 olan 6,53 düymlük IPS displey, 2 QB əməli yaddaş (LPDDR4X) və 32 QB daxili yaddaşla (eMMC 5.1) təchiz edilib. Aparatlar “MIUI 11” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Cihazlar arasındakı əsas fərq istifadə edilən aparat platformasındadır. Daha ucuz “Redmi 9A” aparatı 2 QHs takt tezlikli “MediaTek Helio G25” prosessoru, “Redmi 9C” isə 2,3 QHs takt tezlikli “MediaTek Helio G35” prosessoru ilə təchiz edilib. Bundan başqa, yalnız böyük modeldə barmaq izləri skaneri tətbiq edilib. “Redmi 9A” istifadəçilərinə alternativ kimi “Face Unlock” funksiyası təklif edilib.

 

Smartfonlarda, həmçinin əsas kameranın modulları da fərqlidir. “Redmi 9A” qurğusunda korpusun arxa tərəfində 13 mp-lik yeganə sensor quraşdırılıb, “Redmi 9C” isə üç sensorlu (13 5 2 meqapiksellik) modulla təchiz edilib.

 

Qiyməti 83 dollar təşkil edən “Redmi 9A” qurğusu iyulun 7-də satışa çıxarılacaq. Gələn ayın sonunda pərakəndə satışa çıxarılacaq daha qabaqcıl “Redmi 9C” aparatının qiyməti 100 dollardır.

 

Emil Hüseynov





Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024