12px13px15px17px
Tarix:01/07/20

“Google” şirkəti “ağıllı” “North” eynəyinin istehsalçısını satın alıb

“Google” şirkəti Kanadanın “ağıllı” “North” eynəyini istehsalçısını satın alıb. Bu haqda rəsmi bloqda şirkətin qurğular və xidmətlər üzrə böyük vitse-prezidenti Rik Osterlo yazıb. Razılaşmanın qiyməti açıqlanmayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “North” 2012-ci ildə təsis edilib. 2019-cu ildə şirkət əlavə edilmiş reallıq texnologiyalarını dəstəkləyən və üzüyün köməyi ilə idarə olunan “Focals” adlı “ağıllı” eynəyini təqdim edib. Bu eynək smartfondakı mesajları və bildirişləri oxumağa, piyada marşrutları tərtib etməyə, "ağıllı" evi idarə etməyə imkan verir.

 

“North” şirkətinin nümayəndəsi bildirib ki, “Google” şirkəti ilə razılaşmadan sonra “Focals 1.0” eynəyinin dəstəyi dayandırılacaq və smart eynəyin 2-ci nəslinin hazırlanması planı ləğv ediləcək. Alıcılara qurğu ilə bağlı istənilən xərclərin kompensasiya ediləcəyinə söz verilib.

 

Mütəxəssislərin fikrincə, bu razılaşma axtarış sisteminin “Google Glass”ın uğursuzluğundan sonra smart eynək bazarına qayıdışı kimi izah edilə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024