12px13px15px17px
Tarix:02/07/20

Pulsuz “Microsoft” təlim proqramı istifadəyə verilib

“Microsoft” şirkəti 25 milyon insana proqram tərtibatçısı, qrafik dizayner və məlumat analitiki bacarıqlarına yiyələnməyə kömək edəcək pulsuz təlim proqramını istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, artıq 2020-ci ilin sonunda koronavirus pandemiyasının səbəb olduğu böhrana görə işini itirənlərin əksər hissəsi öz ixtisasını artıra biləcək. Rəqəmli bacarıqlardan geniş istifadə iqtisadiyyatın sürətli bərpasında vacib addım olacaq.

 

Bildirilir ki, pulsuz proqram “Microsoft”un resurs və məlumatlarını, eləcə də “LinkedIn” və “GitHub” layihələrini birləşdirəcək. Onların statistikası əsasında şirkət tərəfindən ən çox tələb olunan 10 peşə və bacarığın hər birinin mənimsənilməsi üçün zəruri olanlar müəyyənləşdirilib. “Microsoft” bloqunda proqram təminatı tərtibatçısı, layihə meneceri, satış üzrə nümayəndə, rəqəmli marketinq üzrə mütəxəssis və qrafik dizayner kimi peşələr sadalanıb.

 

Proqramdan istifadə 2021-ci ilin sonunadək sərbəst olacaq. Təlim başa çatdıqdan sonra şirkət tərəfindən 15 dollarlıq ödəniş əsasında əldə olunan bacarıqların təsdiqi üçün keçilən kurs haqqında sertifikat təqdim ediləcək. Bundan başqa, proqram iştirakçıları şirkətin iş axtarışı üzrə alətlərindən pulsuz istifadə edə biləcəklər. Bütün resurslar “opportunity.linkedin.com” platformasında cəmləşəcək və dörd dildə – ingilis, fransız, alman və ispan dillərində mövcud olacaq.

 

Bundan əlavə, “Microsoft” böhrandan ziyan çəkən insanlara dəstək üçün qeyri-kommersiya təşkilatlarına 20 milyon qrant ayıracaq. Həmçinin şirkət hökumətlər tərəfindən iqtisadiyyatın yerli səviyyədə ehtiyaclarının daha yaxşı başa düşülməsi üçün onlara “LinkedIn Economic Grap” servisinin məlumatları əsasında analitik informasiya təqdim edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 567

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024