12px13px15px17px
Tarix:07/12/11

ABŞ İranda virtual səfirlik açıb (VİDEO)

ABŞ internetdə xüsusi resurs açıb. Resurs ABŞ-ın Tehranda (İran) virtual Amerika səfirliyi kimi təqdim olunur. ABŞ və İran arasında diplomatik münasibətlər 1979-cu ildən bəri mövcud deyil. Bunun səbəbi İslam inqilabıdır.

O zaman ölkədən qaçmış şah Məhəmməd Rza Pəhləvinin ABŞ-da siyasi sığınacaq alacağı barədə şayiələr gəzirdi. Buna cavab olaraq radikalyönümlü tələbələr qrupu Tehranda Amerika səfirliyini tutub; 52 diplomat əsir ediliblər.

ABŞ-ın cavabı özünü çox gözlətməyib: İranın hesabları və qızıl ehtiyatları dərhal Amerika banklarında dondurulmuşdu. ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, virtual səfirlik 2 ölkə vətəndaşlarına "açıq və qorxusuz" əlaqə yaratmağa imkan verəcək.

"ABŞ və İran arasında diplomatik münasibətlər olmadığından, biz sizinlə, İran vətəndaşları ilə dialoq üçün bir sıra əhəmiyyətli imkanlar yaratmışıq" – xanım Klinton qeyd edib. Resurs fars və ingilis dillərindədir.





Baxış sayı: 855

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024