12px13px15px17px
Tarix:02/07/20

“HONOR” brendi “X10 Max” smartfonunu təqdim edib

“HONOR” brendi yeni “X10 Max” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HONOR X10 Max” smartfonu “Full HD+” təsvir ölçülü 7,09 düymlük IPS displeylə təchiz edilib. Qeyd edək ki, bu smartfon üçün qeyri-standart piksel yerləşməsinə malik xüsusi maye kristal matrisdən –  ənənəvi RGBRGB əvəzinə, RGBRGW istifadə olunur. Ağ subpikselin əlavə edilməsi maksimum parlaqlığı 780 nitədək yüksəltməyə kömək edib və eyni zamanda enerji istehlakını 14% azaldıb.

 
Yeni smartfon videonun keyfiyyətinin yaxşılaşdırılması üçün xüsusi alqoritmə malikdir. Məsələn, 480p və ya daha aşağı formatda çarxları izləyərkən şəklin təsvir ölçüsü avtomatik olaraq yaxşılaşır. Məzmunun “içərisinə daxil olmaq” üçün “X10 Max” aparatı  xüsusi gücləndiricilərə malik stereodinamiklərlə təchiz edilib. Bundan başqa, “HUAWEI Histen6.1” texnologiyası məzmundan asılı olaraq səsin keyfiyyətini yüksəldir.
 
Smartfon 8 nüvəli “MediaTek Dimensity 800” prosessoru ilə təchiz edilib və 5000 milliamper/saat tutumunda akkumulyatora malikdir. İstehsalçının sözlərinə görə, tam şarj musiqi dinləmə rejimində 50,2 saat, onlayn video izləmə rejimində 16,4 saat və ya oyun rejimində 12 saatadək çatır. 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyası nəzərdə tutulub.
 
Emil Hüseynov





Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Avqust 2020

14 08 2020

14/08/20
“Google Lookout” proqramı gözdən əlil insanlara məhsulları tanımağa və sənədləri oxumağa kömək edəcək

“Google” şirkəti ilk dəfə 2019-cu ildə zəif görənlər üçün “Lookout” mobil proqramını istifadəyə verib

14/08/20
“Google Fuchsia OS” sistemi sertifikasiyadan keçib

“Bluetooth” standartlarının hazırlanması və bu texnologiya ilə təchiz edilən qurğuların sertifikatlaşdırılması ilə məşğul olan 

14/08/20
“Vivo S1 Prime” smartfonu rəsmən təqdim edilib

“Vivo” şirkəti 48 mp-lik kamera və “Snapdragon 665” prosessoru ilə təchiz edilmiş yeni “S1 Prime” smartfonunu təqd

14/08/20
“Lenovo” və “HP” dünya noutbuklar bazarının yarısına nəzarət edir

“Strategy Analytics” şirkəti portativ kompüterlərə tələbatın kəskin artmasını açıqlayıb

14/08/20
“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Ko

14/08/20
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdar edir

Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması

14/08/20
Yeni “iPhone” smartfonlarının təqdimat tarixi açıqlanıb

“iPhone 12” seriyalı yeni smartfonların təqdimatı gözləniləndən daha gec keçiriləcək