12px13px15px17px
Tarix:03/07/20

Yeni “OnePlus” televizorları nümayiş olunub

"OnePlus" şirkəti Hindistanda yeni televizorlar seriyası təqdim edib. Seriyaya üç model – "HD" təsvir ölçülü 32 düym diaqonallı "OnePlus TV Y1", – "Full HD" təsvir ölçülü 43 düym diaqonallı "OnePlus TV Y1", eləcə də "4K TV" təsvir ölçülü 55 düym diaqonallı "OnePlus TV U1" daxildir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, hər üç "OnePlus TV Y" televizorunun "LED" panelləri "DCI-P3" rəng məkanının 93 faizini əhatə edir. Dinamik görüntünün keyfiyyətli kompensasiyası üçün "MEMC" texnologiyasını və "Dolby Vision" genişləndirilmiş dinamik diapazonunu dəstəkləyən böyük "OnePlus TV U1" modelinin korpusunun qalınlığı 6,9 mm təşkil edir və 30 vatt gücündə dinamiklərlə təchiz olunub. "OnePlus TV Y" modelləri 20 vatt gücündə dinamiklərə malikdirlər.

 

Həmçinin "Wi-Fi" (802.11ac standartı OnePlus TV U1 modelinə quraşdırılıb), "Bluetooth 5.0 LE" dəstəklənir, "HDMI" və "USB" portları mövcuddur. Televizorlara "OxygenPlay" servisi və "Google Assistant" səsli köməkçisinə malik "Android TV 9.0" platforması quraşdırılıb.

 

"OnePlus TV 32Y1" modeli 174, "OnePlus TV 43Y1" 308, "OnePlus TV 55U1" isə 699 dollara təklif olunur. İlkin sifarişlərin qəbulu "Amazon.in" saytında aparılır.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024