12px13px15px17px
Tarix:07/12/11

Azərbaycanda nanotexnologiyaların inkişafına dair dövlət proqramı hazırlanacaq

Azərbaycanda nanotexnologiyaların inkişafına dair dövlət proqramına hazırlıq gedir. Bu sahəyə yatırılan dövlət investisiyalarının həcmi ilbəil artır. Bu sözləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov dekabrın 7-də BDU-da açılmış “MDB: innovasiya tərəfdaşlığı” beynəlxalq konfransında səsləndirib.

Bakı Dövlət Universitetinin Azərbaycanda nanotexnologiyaların inkişafına sanballı töhfə verdiyini qeyd edən A.Məhərrəmov deyib: ”Prezident İlham Əliyevin 2004-cü ildə Buxarestə rəsmi səfəri zamanı BDU və Rumıniyanın ali məktəbləri, habelə elmi-tədqiqat mərkəzləri arasında nanotexnologiyalara dair müqavilələr imzalanmışdır”. Rektor əlavə etmişdir ki, 2005-ci ildə BDU-da Nanoaraşdırmalar Mərkəzi yaradılmışdır.

Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə neft hasilatı sahəsində nanotexnologiyalar tətbiq edilir.

Qeyd edək ki, MDB-nin Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzi, Birləşmiş Nüvə Araşdırmaları İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun köməyi ilə keçirilən tədbirin operatoru “İnsiders” kommunikasiya qrupudur. Konfransın məqsədi praktiki təcrübə mübadiləsi aparmaq, MDB ölkələrinin aparıcı innovasiya şirkətlərinin nümayəndələrinin açıq dialoqu üçün imkan yaratmaq, perspektivli tərəfdaşlar axtarmaq və əməkdaşlıq haqqında ilkin razılaşmalara nail olmaqdır.




Baxış sayı: 1146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024