12px13px15px17px
Tarix:08/07/20

“Lenovo ThinkVision M14t” monitoru sensorlu idarəetməni dəstəkləyir

“Lenovo” şirkəti portativ kompüterlərlə birlikdə istifadə üçün nəzərdə tutulan “ThinkVision M14t” portativ kompüterini nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, panelin ölçüsü 14 düym diaqonala bərabərdir. Həmçinin 1920 × 1080 piksel təsvir ölçülü “Full HD” matrisası tətbiq edilib. Parlaqlıq 300 kandel/kvadratmetr təşkil edir.

 

Monitor sensorlu idarəetməni dəstəkləyir. Displeylə həm barmaq, həm də xüsusi qələm vasitəsilə işləmək mümkündür. Birinci halda eyni anda 10-dək toxunmanın tanınması, ikincidə isə 4096-dək basılma gücü dəstəklənir.

 

Paneldən albom və portret istiqamətlərində istifadə etmək olar. Xüsusi altlıq qurğunu rahat bucaq altında yerləşdirməyə və ya masa üzərinə horizontal şəkildə qoymağa imkan verəcək.

 

Yeni qurğunun çəkisi 698 qram təşkil edir. İki “USB Type-C” simmetrik portu nəzərdə tutulub. “TÜV Rheinland Low Blue Light” texnologiyası uzunmüddətli iş zamanı gözlərin yorğunluğunu azaltmağa kömək edəcək.

 

Sentyabrda satışa çıxarılacaq “Lenovo ThinkVision M14t” portativ sensor monitorun təxmini qiyməti 450 dollara bərabərdir.

 

Nizam Nuriyev





Baxış sayı: 472

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024