12px13px15px17px
Tarix:09/07/20

“Android” smartfonları üçün ən sürətli prosessor təqdim edilib

“Qualcomm” şirkəti qabaqcıl “Snapdragon 865 ” prosessorunu təqdim edib. Məhsuldarlığın artırılması (xüsusilə qrafika hissəsində), həmçinin “Wi-Fi” modulu üzrə məlumatların ötürülməsi sürətinə xüsusi önəm verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Qualcomm Snapdragon 865 ” prosessoru 3,1 QHs-dək takt tezliyində işləyən 8 “Kryo 585 Prime” hesablama nüvəsi ilə təchiz edilib. Bu, “Snapdragon 865” ilə müqayisədə 10%-lik məhsuldarlıq artımını təmin edib. Bundan başqa, çipdə sürətləndirilmiş “Adreno 650” video sürətləndiricisindən istifadə olunub ki, bu da qrafikanın işləmə sürətini 10% artırmağa imkan verib.

 

Çipsetin digər bir özəlliyi məlumatları 3,6 Qbit/san sürətlə ötürməyə imkan verən yeni “Wi-Fi 6E” standartını dəstəkləməsi olub. Həmçinin “Bluetooth” texnologiyasının ən aktual versiyası (5.2) dəstəklənir.

 

Emil Hüseynov





Baxış sayı: 906

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024