12px13px15px17px
Tarix:14/07/20

“Apple” “ağıllı” eynəyi üçün linzaların təcrübi istehsalına başlanılıb

“Apple” şirkəti və onun istehsalçı tərəfdaşı “Foxconn” əlavə reallıq texnologiyasına malik “ağıllı” eynəyin hazırlanmasında vacib mərhələyə çatıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “The Information” nəşrinin məlumatına görə, şirkətlər ilk dəfə gələcək qurğu üçün yarımşəffaf linzaların ayrı-ayrı prototiplərinin yaradılması fazasından təcrübi istehsala keçiblər. Linzalar hazırda “iPad” planşetlərinin əksər hissəsinin yığıldığı Çinin cənub-qərbində yerləşən Çendu zavodundakı yeganə istehsal xəttində yaradılır.

 

Məlumata görə, hazırlanma prosesində hər yeni “Apple” qurğusu Kaliforniya və Çində prototiplərin yaradılmasından tutmuş, istehsal olunanadək onlar üçün onlarla və yüzlərlə qurğu və komponentlər bir neçə mərhələdən keçir. Mayda linzalar istehsal həcminin min ədədə çatdığı “mühəndisliyin təsdiqi testi” adlı mərhələyə yetişib. Bu isə o deməkdir ki, qurğunun dizayn və konstruksiyasını tam müəyyənləşdirən “Apple” kütləvi istehsal üçün onun yararlığını yoxlamağa başlayır.

 

Qeyd olunur ki, linzalar və əlavə reallıq eynəyi hazırda yaradılmayıb – kütləvi istehsala başlamaq üçün 1-2 il tələb olunur. Bundan əvvəl yayılan şayiələrdə qurğunun nümayişinin 2022-ci ilə planlaşdırıldığı bildirilsə də, bu özünü doğrultmayıb. Bu yaxınlarda “Bloomberg”in verdiyi məlumata görə, texnologiyanın hazırlanmasına eynəyin məhdud funksiyalı müstəqil fərdi qurğu olması və ya simsiz bağlantı vasitəsilə qoşulan yüksək məhsuldarlıqlı “əsas stansiya”dan istifadə sayəsində müasir qrafik və hesablama imkanları ilə təchiz edilməsi ilə bağlı yaranan fikir ayrılıqları mane olur.

 

Nizam Nuriyev





Baxış sayı: 461

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024