12px13px15px17px
Tarix:14/07/20

Çox sürətli “Oppo” enerjidoldurma qurğusu 10 dəqiqə ərzində smartfonu tam şarj edəcək

“Oppo” şirkəti 125 vatt gücündə çox sürətli enerjidoldurma qurğusunu təqdim etməyə hazırlaşır. Yenilik nəzəri cəhətdən müasir smartfona quraşdırılmış 4000 milliamper/saat tutumlu akkumulyatorun enerji ehtiyatını təxminən 10 dəqiqə ərzində tamamilə doldura biləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Super Flash Charge” texnologiyası rəsmi olaraq iyulun 15-də təqdim ediləcək. Keçirilməsi planlaşdırılan xüsusi tədbirdə şirkətin nümayəndələri yeni texnologiyanın detallarını bölüşəcək, həmçinin onun kommersiya qurğularında tətbiq müddətini açıqlayacaqlar.

 

“Oppo” şirkəti bugünkü gündə ən sürətli enerjidoldurma standartının yaradıcısıdır. Şirkət 30 vattlıq enerjidoldurma qurğusunu çıxarmış ilk şirkətlərdən biri olub və indi bu texnologiya ən ucuz “Realme” smartfonlarında da tətbiq edilib.

 

Emil Hüseynov





Baxış sayı: 535

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024