12px13px15px17px
Tarix:16/07/20

“Redmi X50” televizoru satışa çıxarılıb

“Redmi X50” “ağıllı” televizoru Çində 270 dollara satışa çıxarılıb. Televizor metal korpus və ön panelin 97 faizini əhatə edən “4K” təsvir ölçülü 50 düym diaqonallı ekranla təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bu ilin mayında təqdim edilən televizorlar seriyasına daxil olan 55 və 65 düym diaqonallı modellər artıq satışdadır. Seriyanın kiçik modeli isə bu həftə satışa çıxarılıb. 50 düymlük ekran “NTSC” rəng məkanının 85 faizini əhatə edir və 60 giqahers yeniləmə tezliyinə malikdir.

 

Məlumata görə, televizorlar kontentin rəvan göstərilməsi üçün “MEMC” (Motion Estimate Motion Compensation) texnologiyası ilə təchiz olunub. Televizorda səs üçün səs panelinə (sabvufer) malik hər biri 12,5 vatt gücündə 4 dinamikdən istifadə edilir. Bundan başqa, qurğuda “Dolby Audio” və “DTS-HD” texnologiyalarının dəstəyi mövcuddur.

 

“Redmi X50” televizoru dördnüvəli prosessor, 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də səsli idarəetmə üçün mikrofonlarla təchiz olunub.

 

Nizam Nuriyev





Baxış sayı: 486

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024