12px13px15px17px
Tarix:16/07/20

İnternet kabelləri çəkən robot yaradılıb

“Facebook Connectivity” şirkəti elektrik naqillərində fiber-optik kabel quraşdıran robot yaradıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, qurğu yaradıcılarının sözlərinə görə, bu, mövcud internet kabeli çəkilişi üsullarından ən ucuzudur.

 

Məlumata görə, şirkət internet rabitəsinin təmini ilə müstəqil məşğul olmağı planlaşdırmır. Belə ki, “Facebook” ondan lisenziya alacaq provayderlərlə əməkdaşlıq etməyi nəzərdə tutur. İlk tərəfdaş qismində “NetEquity” şirkətinin çıxış edəcəyi gözlənilir. Bundan başqa, “ULC Robotics” şirkəti robotların istehsalı ilə məşğul olacaq, kabel dizaynı üzrə mütəxəssis Ueyn Kaçmar isə zədələrə davamlı innovativ fiber-optik kabellər hazırlayacaq.

 

Texnologiyanın qurulması və sınaqlarına növbəti ildə başlamaq nəzərdə tutulur.

 

Nizam Nuriyev





Baxış sayı: 929

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024