12px13px15px17px
Tarix:16/07/20

Toxunuşlara reaksiya verən yeni süni dəri hazırlanıb

Sinqapur alimləri toxunuşları 100% dəqiqliklə müəyyənləşdirən süni dəri təqdim edib. Texnoloji yenilik xəstələrə qulluq göstərən robot qurğularının işini təkmilləşdirəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Intel" şirkətinin neyromorf çipindən istifadə edən Sinqapur Milli Universitetinin alimləri tərəfindən hazırlanmış süni dəri robotlara toxunuşları insanın sensor sistemindən min dəfə daha sürətli müəyyənləşdirməyə imkan verir. Yenilik, həmçinin obyektlərin formasını, teksturasını və möhkəmliyini analoqlarından 10 dəfə daha sürətli müəyyənləşdirmək imkanına malikdir. Tədqiqatçılar hesab edirlər ki, onların yeni texnoloji həlli insan və robot arasında qarşılıqlı əlaqəni yaxşılaşdıra bilər.

 

Universitetin komandası yeniliyin səmərəliliyini sübut etmək üçün ilk öncə süni dəri ilə təchiz edilmiş robot ələ Brayl şriftini oxumağı öyrədib. Bundan sonra avtomatlaşdırılmış əl taktil məlumatları ötürüb və onları çevirib. Dəqiqlik 92% təşkil edib, qurğu analoqlarla müqayisədə 20 dəfə daha az enerji istifadə edib.

 

Emil Hüseynov





Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024