12px13px15px17px
Tarix:17/07/20

Böcəklər üçün miniatür daşınan kamera hazırlanıb (VİDEO)

Vaşinqton Universitetinin mühəndislər qrupu xüsusi həşəratabənzər robotlara və ya həşəratlara, o cümlədən böcəklərə quraşdırılan miniatür simsiz kamera yaradıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, hərəkət edən kamera bloku, iki plata, akselerometr və "Bluetooth" qəbuledici-ötürücüsünün daxil olduğu sistemin ümumi kütləsi 248 milliqram, eksperimentlərdə istifadə olunan akkumulyatorun çəkisi isə 450 milliqram təşkil edir. Kameranın bərkidildiyi piezoelektrik aktuator obyektivi bütün tərəflərə 30 dərəcə əyməyə imkan verir.

 

Layihə üzərində iş zamanı tədqiqatçılar kameranı sonradan laboratoriyaya buraxılan qara uzunbığa (böcək növü) quraşdırıblar. Kamera hərəkətə reaksiya verərək ağ-qara kadrları saniyədə beş kadr tezliyində olmaqla 160*120 piksel təsvir ölçüsündə çəkib. Kamera görüntüləri 120 metr məsafədən smartfona translyasiya olunub, kameranın avtonom iş vaxtı isə 2-6 saat təşkil edib. Bundan başqa, mühəndislər tərəfindən 2,8 qram ağırlığında üçayaqlı robot yaradılaraq ona miniatür kamera quraşdırılıb. Bu sınaqlar da uğurla başa çatıb.

 

Kamera yaradıcıları ümid edirlər ki, texnologiya həm biologiyada, həm də ətraf mühitin monitorinqi sahəsində tətbiq ediləcək. Mühəndislərin fikrincə, perspektivdə təkmilləşdirilmiş kameralar daha az enerji sərf edəcək və enerjinin toplanılması üçün nisbətən ağır akkumulyator əvəzinə, günəş batareyalarından istifadə olunacaq.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024