12px13px15px17px
Tarix:17/07/20

“Logitech Folio Touch” aksesuarı “iPad Pro” planşetini mininoutbuka çevirəcək

"Logitech" şirkəti 11 düymlük "iPad Pro" planşet kompüterləri üçün yeni aksesuar – "Folio Touch" adlı çexol klaviatura nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, yeni qurğu planşeti bir neçə iş rejiminə malik kiçik noutbuka çevirməyə imkan verir. Məsələn, qurğunu mətnlərin yığılması və ya multimedia materiallarına baxmaq üçün əlverişli baxış bucağında quraşdırmaq mümkündür. Bundan başqa, rəsm çəkilişi və elektron kitabların oxunması rejimləri nəzərdə tutulub.

 

Həmçinin "Logitech Crayon" rəqəmli qələmi üçün tutqac mövcuddur. Stilus təkcə basma gücünü dəstəkləmir, eyni zamanda əyilməni qeydə alır ki, onu da, məsələn, xəttin qalınlığının tənzimlənməsi üçün istifadə etmək olar.

 

Klaviatura enerji ilə bilavasitə planşet vasitəsilə təmin edildiyindən ona batareya quraşdırılmayıb. Daşınma zamanı aksesuar "iPad Pro" ekranını mümkün zədələnmələrdən qoruyur.

 

Ölçüsü 256 × 192 × 21 millimetrə, çəkisi 646 qrama bərabər "Folio Touch" qurğusu birinci və ikinci nəsil "iPad Pro" planşeti ilə uyğunluq təşkil edir. Düymlər parlaqlığı tənzimlənən işıqlandırma imkanına malikdir.

 

İyulun sonunadək satışa çıxarılacaq "Logitech Folio Touch" klaviaturasının təxmini qiyməti 160 dollar təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 1552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024