12px13px15px17px
Tarix:28/07/20

Yeni “Windows” üçün sistem tələbləri açıqlanıb

“Microsoft” şirkəti “Windows”un növbəti yeniləməsi üçün sistem tələblərini açıqlayıb. Bu haqda şirkətin mütəxəssislərinə istinadən “MyDrivers” yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, məlumatda “Windows 10” sisteminin yeni versiyası tərəfindən dəstəklənən prosessorlar göstərilib. Əməliyyat sistemi 10-cu nəsil “Intel”, “Intel Core i3”, “i5”, “i7” və “i9”, “E-22” seriyalı “Intel Xeon”, “Intel Atom”, “Celeron” və “Intel Pentium” prosessorları ilə işləyən kompüterlərə quraşdırıla bilər. Həmçinin “Windows” sistemini 7-ci nəsil “AMD” çipləri ilə işləyən kompüterlərə quraşdırmaq mümkün olacaq.

 

Açıqlanmış sistem tələblərində deyilir ki, əməliyyat sisteminin yeni versiyası yığcam qurğularda iş üçün optimallaşdırılacaq. “Qualcomm Snapdragon 850” və “8cx” prosessorlarının dəstəyi elan edilib.

 

Əməliyyat sisteminin qlobal yeniləməsinin çıxarılması oktyabr və ya noyabrda gözlənilir. Sistem yeniləməsi “Windows 10 20H2” adlandırılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 458

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024