12px13px15px17px
Tarix:08/12/11

Ölkəmiz daha sürətli pul göndərişləri sisteminə qoşulub

Azərbaycan beynəlxalq pul göndərişləri üzrə “STEFİ” (Secured Transfer of Electronic Financial Information) sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.

“Azərpoçt” MMC-nin ödəniş xidmətləri şöbəsinin rəis müavini Təranə Səlimovanın “İCTNews”-a verdiyi məlumata görə, hazırda ölkəmizin “STEFİ”-nin daha sürətli, təcili pulköçürmələr əməliyyat sisteminə qoşulur.

Bu, hələlik Rusiya, Ukrayna, Belarus, Qazaxıstanla mümkün olub. Rəis müavini bildirdi ki, sistemin tam şəkildə fəaliyyət göstərməsi üçün bəzi texniki məsələlər həll edilməlidir.

  Qeyd edək ki, ümumilikdə təqribən 30-a yaxın dövlətin poçt müdiriyyəti “STEFİ” sisteminə qoşulub. Gələcəkdə Azərbaycanın bu ölkələrlə də təcili pul köçürmələri həyata keçirməsinə imkan yaranacaq. Dünya Poçt İttifaqının məlumatına görə, bu sistem vasitəsilə pul göndərişlərinin mübadiləsi 48 ölkə arasında həyata keçiriləcək.

Qeyd edək ki, ölkəmiz poçtla Baltikyanı respublikaları, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Tacikistanla Beynəlxalq Poçt Barat sistemi vasitəsilə mübadilə həyata keçirir ki, bu da təqribən iki ay çəkir.




Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020