12px13px15px17px
Tarix:28/07/20

“Instagram” istifadəçiləri kamera vasitəsilə izləyir?

“Instagram”ın istifadəçiləri mobil tətbiqin ön kameranı gizli şəkildə aktivləşdirdiyini aşkar ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məlumatda deyilir ki, mobil proqramın arzuolunmaz aktivliyi haqqında ilk olaraq “iOS 14” beta-versiyasını quraşdırmış “iPhone” qurğusunun sahibləri xəbər tutublar, çünki yeni sistemdə işlək kamera və ya qoşulmuş mikrofon haqqında bildiriş funksiyası əlçatandır. İstifadəçilər qeyd ediblər ki, onlar, sadəcə, şəkil lentinə baxdıqda belə ön kamera aktivləşib.

 

“Instagram” xidmətinin nümayəndələri bildiriblər ki, bu vəziyyət mobil proqramdakı səhvlə bağlı olub və aradan qaldırılır. Onlar əmin ediblər ki, mobil tətbiq yalnız istifadəçinin istəyinə uyğun olaraq kameranı qoşur.

 

Emil Hüseynov





Baxış sayı: 528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024