12px13px15px17px
Tarix:08/12/11

“Google” korporasiyası Honq-Konqda yeni məlumat mərkəzinə 300 milyon dollar sərmayə qoyur

“Google” korporasiyası bu gün Honq-Konqda yerləşən öz məlumat mərkəzinə təxminən 300 milyon dollar sərmayə qoyduğunu elan edib. “Google” korporasiyasının yeni Asiya məlumat mərkəzi 2013-cü ilin əvvəlində fəaliyyətə başlayacaq.

“Google”-un Asiyada infrastruktur layihələri üzrə direktoru Saymon Çenqanın məlumatına əsasən, qoyulan investisiya məlumat mərkəzi yaxınlığındakı torpağın alınmasına, məlumat mərkəzi binasının tikintisinə, onun texniki təchizatına və digər ehtiyaclara sərf ediləcək.

Məlumat mərkəzi fəaliyyətə başladıqda orda 25 ştat əməkdaşı çalışacaq."Asiyada yeni hesablama imkanlarına tələbat hal-hazırda çox böyükdür, buna görə biz bacardığımız qədər tez işləyirik" - o bildirib.

Bugünkü gündə “Google” korporasiyasının Asiya-Sakit okean regionunda 15 nümayəndəliyi və bir neçə min əməkdaşı fəaliyyət göstərir.
 




Baxış sayı: 1600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024