12px13px15px17px
Tarix:30/07/20

Azərbaycan “Süni intellekt etikasına dair tövsiyələr” layihəsinin müzakirəsində təmsil olunub

“Süni intellekt etikasına dair tövsiyələr” layihəsinin müzakirəsi ilə bağlı üçgünlük virtual subregional məsləhətləşmələr keçirilib.

 

Tədbir Avropa Regionu (II Qrup) üçün Süni İntellekt üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (International Research Centre on Artificial Intelligence, IRCAI), Sloveniya Hökumətinin Təhsil, Elm və İdman Nazirliyinin, Sloveniyanın YUNESKO üzrə Milli Komissiyasının və YUNESKO-nun Baş Qərargahının birgə təşkilatçılığı ilə baş tutub.

 

Ümumilikdə 100-ə yaxın onlayn qoşulmuş nümayəndə debatlara qatılıb.

 

Ölkəmizi bu virtual tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

Tədbir zamanı “Süni intellekt etikasına dair tövsiyələr” layihəsinin ilkin versiyasının məqsədi, tətbiq sahələri, hazırlanması prosesi, məsləhətləşmələrin zəruri olmasının əsaslandırılması və nəticələrin gələcək istifadəsi barədə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, sənədin hazırlanması BMT Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş hüquqlara hörmətlə yanaşmanı təmin etməkdə və süni intellekt sistemlərinin tədqiqi, layihələndirilməsi, işlənməsi və tətbiqi zamanı insanların rifahı, ətraf mühitin qorunması və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsi nəzərə alınmaqla, YUNESKO-nun üzvü olan dövlətlərə köməklik göstərmək məqsədi daşıyır.

 

Eyni zamanda, müxtəlif ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə yaradılmış işçi qruplarda müzakirələr aparılıb, layihənin mətninə olan dəyişikliklər və əlavələr nəzərə alınaraq işçi qrupların təkliflərindən ibarət ümumiləşdirilmiş hesabat hazırlanıb.

 

Layihənin yekun versiyasının üzv dövlətlər tərəfindən qəbul olunması üçün 2021-ci ilin noyabrında YUNESKO Baş konfransının 41-ci sessiyasında təqdim edilməsi nəzərdə tutulur.





Baxış sayı: 147

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Avqust 2020

11/08/20
“Apple”ın direktoru milyarder olub

“Apple” şirkətinin direktorunun varidatı eyniadlı şirkətin səhmlərinin dəyərinin 

11/08/20
“Sony” son dörd ildə ilk dəfə “Xperia” smartfonlarından qazanc əldə edəcək

“Sony” şirkəti son dörd ildə “Xperia” smartfonlar bölməsinin ilk dəfə gəlir əldə edəcəyini proqnozlaşdırır

11/08/20
“Qualcomm”un istehsalı olan çiplərdə boşluqlar aşkar edilib

“Check Point” şirkətinin mütəxəssisləri “Qualcomm”un istehsalı olan çiplərdə 400-dən çox boşluq 

11/08/20
“Android” və “iOS” arasında “WhatsApp” yazışmaları sinxronlaşdırılacaq

“Facebook” şirkətinə məxsus “WhatsApp”da messenceri yalnız bir smartfonda istifadə etməyə imkan verən məhdudiyyətlər aradan qa

11/08/20
“TikTok” dünyada ən çox yüklənilən əlavələr siyahısında liderdir

“Sensor Tower” analitik şirkəti 2020-ci ilin iyulu üçün dünyada ən çox yüklənilən mobil əlavələrin reyti

11/08/20
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC 

11/08/20
“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları bitib

“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları qurtarıb. Bu barədə “China Info 100” konfransında ş

10 08 2020

10/08/20
Ən sürətli enerjidoldurma texnologiyasına malik smartfonlar bəlli olub

“Android Authority” nəşrinin mütəxəssisləri tərəfindən keçirilmiş araşdırmada ən sürətli enerjidoldurma texnologiyasına m

10/08/20
“Raspberry Pi Zero” əsasında işləyən smartfon ölçüsündə minikompüter təqdim edilib

2017-ci ildə “Zero Terminal Mini” minikompüterini təqdim etmiş “NODE” startapı populyar “Raspberry Pi Zero”&n

10/08/20
“Vivo Y1s” smartfonu “MediaTek Helio P35” çipi ilə təchiz olunub

Çinin “Vivo” şirkəti “Funtouch OS 10.5” (Android 10 əsasında) əməliyyat sistemi və “MediaTek” prosessoru&nb

10/08/20
“Facebook” distant iş rejimini 2021-ci ilin iyuluna kimi uzadıb

“Facebook” şirkəti “COVID-19” pandemiyasına görə öz əməkdaşlarına 2021-ci ilin iyuluna kimi 

10/08/20
Çində “iPhone” smartfonlarının satışı təhlükə altındadır

ABŞ Prezidenti Donald Tramp “TikTok” və “WeChat” servisləri ilə mübarizə üzrə verdiyi fərmanlarla Çində &ldqu

10/08/20
“Toshiba” noutbuklar bazarını tərk edib

Yaponiyanın “Toshiba” korporasiyası “Dynabook” şirkətində malik olduğu payını sataraq noutbuk istehsalı üzrə biznesi tam

10/08/20
“TikTok” və “Twitter” birləşə bilər

ABŞ-ın “Twitter” mikrobloqlar servisi və Çinin “TikTok” sosial şəbəkəsi arasında mümkün birləşmə