12px13px15px17px
Tarix:05/08/20

“Toshiba” 320 milyon dollar dəyərində yeni elmi tədqiqat mərkəzi tikəcək

“Toshiba” şirkəti Yaponiyada süni intellekt və kibertəhlükəsizlik texnologiyalarının hazırlanmasında ixtisaslaşan yeni elmi tədqiqat mərkəzinin inşasına 34 milyard yen (təxminən 321 milyon dollar) xərcləmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, Yaponiyanın “Nikkei” nəşrinin məlumatına görə, layihə çərçivəsində şirkət Kavasaki şəhərində 60 illik tarixə malik elmi tədqiqat mərkəzini qismən yenidən quracaq. İnşası planlaşdırılan biri 12 mərtəbəli olmaqla iki binada 3 min əməkdaş çalışacaq. Tutumuna və ölçüsünə görə yeni kompleks mövcud binanı iki dəfədən çox üstələyəcək.

 

Yeni elmi tədqiqat mərkəzində süni intellekt və kvant kriptoqrafiyası üzərində çalışan işçi heyəti cəmləşəcək. “Toshiba” əməkdaşlarının fəaliyyət spektrinə fundamental tədqiqatlar və biznes əlavələrinin yaradılması daxil olacaq.

 

Tikintisinə 2022-ci ilin yanvarında başlanılacaq kompleksin açılışı 2023-cü ilin aprelinə nəzərdə tutulur. O, Kavasaki mərkəzini və “Böyük Tokio” rayonundakı digər “Toshiba” elmi tədqiqat resurslarını birləşdirəcək.

 

“Toshiba” şirkətinin mövcud elmi tədqiqat mərkəzi Yaponiya istehsalçısının çoxillik tarixində vacib rol oynayıb. Onun köməyilə “Toshiba” elektron və texnoloji məhsulları, o cümlədən dünyada ilk “DVD” pleyer və “NAND” fləş-yaddaşı, eləcə də yapon dili üçün ilk mətn prosessoru hazırlanıb.

 

Nizam Nuriyev





Baxış sayı: 190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2020

18 09 2020

18/09/20
Çində “5G” istifadəçilərinin sayı 110 milyon olub

Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) rəhbəri Ven Ku Çünsində

18/09/20
“eSIM” texnologiyası “Əşyalar interneti”nə sürətlə nüfuz edir

“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək “Əşyalar interneti (IoT)

18/09/20
“Bluetooth”da aşkar edilmiş boşluq milyardlarla qurğunu təhdid edir

Milyardlarla smartfon, planşet, noutbuk və “Əşyalar interneti” qurğuları bu yay aşkar edilmiş proqram səh

18/09/20
Smartfonlar bazarı pandemiyaya uyğunlaşır

“International Data Corporation” (IDC) şirkəti tədqiqat apararaq dünya smartfonlar bazarında pandemiya və

18/09/20
“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

“Corsair” şirkəti “Intel Comet Lake” aparat platforması və “Windows 10 Home” əməliyyat sistemindən

18/09/20
Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib

“Sony” şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam “Xperia 5 II

18/09/20
“Xiaomi Redmi Smart TV A55” televizoru 260 dollar qiymətləndirilir

“Xiaomi” şirkəti 55 düym diaqonallı “Redmi Smart TV A55” televizor modelini təqdim edib.

18/09/20
“Panasonic” süni intellektin inkişafına 150 milyon dollar yatıracaq

“Panasonic” şirkəti neyron şəbəkələri əsasında kompüter təlimi texnologiyalarına və süni intellekt sistem