12px13px15px17px
Tarix:05/08/20

“Google” smartfonlar üçün “Nearby Sharing” fayl paylaşma texnologiyasını istifadəyə verib

Bir neçə ay davam edən sınaqlardan sonra "Google" şirkəti "iPhone" smartfonlarında populyar olan "AirDrop" funksiyasının analoqunu istifadəyə verib. Artıq bir sıra "Android" qurğularında "Nearby Sharing" sürətli simsiz mübadilə texnologiyasından istifadə etmək mümkündür və tezliklə son bir neçə ildə təqdim edilmiş qurğuların əksəriyyətində əlçatan olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yeni funksiya bir-birinə yaxın məsafədə yerləşən və fərdi kompüter, kənar proqramlar, əlavə aksesuarlar və bulud xidmətlərindən istifadə etmədən "Android" smartfonları arasında böyük tutumlu məzmunu sürətli şəkildə ötürməyə imkan verir. Bu vəziyyətdə cihaz məzmunu göndərmək üçün ən uyğun gələn protokolu (Bluetooth, WebRTC və ya Wi-Fi) özü müəyyənləşdirəcək. İndi yeni funksiya yalnız "Samsung" və "Android 6 Marshmallow" ilə işləyən "Google" smartfonlarının sahiblərinə əlçatandır.

 

Emil Hüseynov





Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Sentyabr 2020

19 09 2020

19/09/20
“Microsoft Edge”nin yeni funksiyası əməli yaddaşa və prosessora yüklənməni azaldır

Bir çox istifadəçilər brauzerində onlarla vərəq açmağa vərdiş ediblər 

19/09/20
ABŞ Ticarət Nazirliyi sentyabrın 20-dən “WeChat” və “TikTok”u qadağan edəcək

ABŞ Ticarət Nazirliyi sentyabrın 20-dən etibarən ölkə ərazisində Çinin “WeChat” və 

19/09/20
Dünyada ən kiçikölçülü ultrasəs detektoru hazırlanıb

Helmholtz Zentrum München və Münhen Texniki Universitetinin (TUM) tədqiqatçıları dünyada ən kiçikölçül&u