12px13px15px17px
Tarix:12/08/20

“Xiaomi Redmi Note 9 Onyx Black” smartfonu beynəlxalq bazarda satılacaq

Çinin “Xiaomi” şirkəti populyar “Redmi Note 9” smartfonunu yeni rəng çalarında təqdim edib. Belə ki, “Onyx Black” adlı modifikasiya beynəlxalq bazarda təklif olunacaq.   

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “Xiaomi Redmi Note 9” bu ilin aprelində nümayiş olunub. O, “MediaTek Helio G85” prosessoru, “Full HD plus” (2340 × 1080 piksel) təsvir ölçülü 6,53 düym diaqonallı ekran, 3/4 giqabaytlıq “LPPDDR4x” operativ yaddaş və 64/128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunub. Enerji 18 vatlıq sürətli enerjidoldurma funksiyasına malik 5020 milliamper/saat tutumlu akkumulyator batareyası tərəfindən təmin edilir.

Əvvəlcə smartfon üç – “Forest Green”, “Midnight Grey” və “Polar White” rəng versiyasında təklif olunub. Bundan başqa, Hindistanda eksklüziv “Scarlet Red” (qırmızı) versiyası mövcuddur.

Yeni “Xiaomi Redmi Note 9 Onyx Black” modeli isə boz rəngli korpusla təchiz olunub. Bununla yanaşı, əsas kamera bloku qara rəngdədir. O, “Samsung GM1” sensorlu və f/1,79 diafraqmalı 48 meqapikselli modulu, f/2,2 diafraqmalı 8 meqapikselli enlibucaqlı modulu, 2 meqapikselli makromodulu və 2 meqapikselli dərinlik sensorunu birləşdirir.

Qeyd edək ki, “Xiaomi Redmi Note 9 Onyx Black” smartfonu beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləmir.

Nizam Nuriyev





Baxış sayı: 866

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024