12px13px15px17px
Tarix:12/08/20

88 düymlük “LG Signature” televizoru “8К” formatlı “OLED” ekranla təchiz olunub

“LG Electronics” şirkəti premium sinfinə aid “LG Signature” (OLED88ZX9LA modeli) televizorunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, televizor 88 düym diaqonallı və “8K” (7680 х 4320 piksel) təsvir ölçülü “OLED” ekranla təchiz olunub.  

Hazırda “8K” təsvir ölçülü kontentin az olması səbəbindən televizor “2K” və “4К” formatlarını “8K” standartına çevirməklə detallaşdırma və dəqiqliyi yaxşılaşdırır. Qurğu “Α9 III 8K” prosessoru üzərində qurulub. Görüntünün keyfiyyət və effektinin yaxşılaşdırılması üçün dərin öyrənmə alqoritmlərindən istifadə olunub.

Səs ümumi çıxış gücü 80 Vt olan 4.2 dinamik sistemi tərəfindən təmin edilir. Həmçinin “Wi-Fi” (802.11ac) və “Bluetooth 5.0” dəstəklənir.

Proqram platforması qismində bir neçə il əvvəl “LG” şirkəti tərəfindən satın alınan “webOS” çıxış edir. “LG ThinQ AI” texnologiyasını dəstəkləyən televizor “ağıllı” ev idarəetmə mərkəzinə çevrilir. Texnologiya ev qurğuları ekosistemini məsafədən idarəetmə pultundan istifadə etmədən səsli komandalar vasitəsilə idarə etməyə imkan verir. Bundan başqa, televizor dəstinə “Magic Remote” pultu daxildir.

Nizam Nuriyev




Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024