12px13px15px17px
Tarix:15/08/20

“Android” sistemli smartfonlar üçün “Bedtime” funksiyası istifadəyə verilib

“Google” şirkəti “Android” əməliyyat sistemli bütün müasir smartfonlar üçün “Bedtime” (yuxu rejimi) funksiyasını yaymağa başlayıb. Əvvəllər funksiyadan yalnız “Pixel” seriyalı smartfonlarda istifadə mümkün olub.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, “Bedtime” funksiyası “Clock” əlavəsində tab-vərəqə şəklində quraşdırılıb. Orada yuxunun yaxşılaşdırılması üçün bir neçə alət, eləcə də yuxu üçün ayrılan vaxtda son aktivlik – smartfon nə qədər işlək vəziyyətdə qalıb və s. təklif olunur.
Müxtəlif mənbələrdən xüsusi sakitləşdirici musiqi seçmək, eləcə də təqvimdə zəngli saatın hər tədbirdən əvvəl işə düşməsini quraşdırmaq mümkündür.
 
“Google” nümayəndələrinin sözlərinə görə, “Bedtime” tab-vərəqəsi hazırda “Android 6.0 Marshmallow” və əməliyyat sisteminin daha yeni versiyalarının idarəetməsi ilə işləyən bütün qurğular üçün istifadəyə verilib. Bir sözlə, bütün müasir “Android” qurğu istifadəçiləri texnologiya ilə təchiz ediləcək.
 
“Digital Wellbeing” (Rəqəmsal rifah) alətlər panelinə malik smartfonlar üçün “Bedtime Mode” rejimi mövcuddur. O, smartfonu kənara qoyaraq yuxuya getməyi asanlaşdırmaq üçün quraşdırmalar dəsti təklif edir. “Bedtime Mode” rejimini smartfon enerji toplamağa qoyulan zaman avtomatik işədüşməyə sazlamaq mümkündür.
 
Nizam Nuriyev




Baxış sayı: 440

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024