12px13px15px17px
Tarix:15/08/20

“Intel” prosessorlu yeni “Redmi” noutbuku təqdim olunub

“Redmi” şirkəti doqquzuncu nəsil “Intel Core i5” prosessoru əsasında yeni “RedmiBook Air 13” noutbukunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “RedmiBook Air 13” 2560х1600 piksel təsvir ölçülü, 300 kandel/kvadratmetr parlaqlıqlı və 16:10 tərəf nisbətli 13,3 düymlük ekranla təchiz edilib. Həmçinin ekran “DC Dimming” titrək işıq vermənin azalması texnologiyasını dəstəkləyir, eləcə də “sRGB” rəng qammasını 100 faiz əhatə edir. Bundan əlavə, yeni qurğu “Wi-Fi 6” standartını dəstəkləyir.
 
Noutbuk “TurboBoost” rejimi aktiv olan zaman maksimal 4,1 QHs takt tezlikli dördnüvəli “Intel Core i5-10310Y” prosessoru üzərində qurulub. Yeni qurğunun 512 giqabaytlıq eyni quraşdırılmış yaddaşa malik 8 və 16 giqabaytlıq operativ yaddaş tutumlu iki konfiqurasiyası təqdim olunub. Noutbuk tam metaldan hazırlanan korpusu və kompakt ölçüləri ilə seçilir – qurğunun maksimal qalınlığı 12,99 mm, çəkisi 1,05 kq təşkil edir.
 
Noutbukun 41 vatt-saat tutumlu akkumulyatorunun enerjisi bir dəfə tam doldurulmaqla 8 saatlıq iş üçün kifayət edir.
 
Avqustun 17-dən satışa çıxarılacaq “RedmiBook Air 13” noutbukunun 8/512 giqabaytlıq konfiqurasiyasının qiyməti 705 dollar təşkil edir. 16/512 giqabaytlıq versiya 749 dollar dəyərində qiymətləndirilir.
 
Nizam Nuriyev




Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024