12px13px15px17px
Tarix:15/08/20

İnformasiya təhlükəsizliyi bazarında 6 faiz artım proqnozlaşdırılır

2020-ci ildə şirkətlərin məsafədən işi və kiberhücumlardan mühafizəni təmin edən həllərə investisiya qoyması ilə əlaqədar informasiya təhlükəsizliyi xərcləri artmaqda davam edəcək. Bu barədə “International Data Corporation” (IDC) analitik şirkətinin tədqiqatında deyilir.  
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, ekspertlərin proqnozlarına görə, bu il kibertəhlükəsizliyin təmini ilə əlaqədar proqram təminatı və xidmətlər üçün xərclər 2019-cu illə müqayisədə 6 faiz artaraq 125,2 milyard dollara çatacaq. Yaxın illərdə bazarda illik artım həcmi 8,1 faiz yüksələrək 2024-cü ildə 174,7 milyard dollar təşkil edəcək.
 
İnformasiya təhlükəsizliyi sahəsində ən böyük və ən sürətli inkişaf edən seqment xidmətlərdir: kibertəhlükəsizlik xərclərinin yarısı onların payına düşür, seqmentdə 10,5 faiz illik artım gözlənilir. Mədaxilə görə ikinci yeri son nöqtələrin (endpoint security) mühafizəsi üçün proqram təminatının daha çox tələb olunduğu proqram həlləri, eləcə də təhlükəsizlik analizi, kəşfiyyat və kibertəhdidlərə reaksiya alətləri tutur. Tədqiqatçıların proqnozuna görə, informasiya təhlükəsizliyi sahəsində proqram təminatının satışı 4,4 faiz artacaq, avadanlıq seqmenti isə 9,6 faiz illik artım nümayiş etdirəcək.
 
ABŞ ən böyük informasiya təhlükəsizliyi texnologiyası bazarıdır. 2020-ci ildə müvafiq xərclər 56,4 milyard dollara bərabər olacaq. Bundan başqa, liderlər üçlüyünə müvafiq olaraq 7,9 və 7,6 milyard dollarlıq nəticə ilə Çin və Böyük Britaniya daxil olacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 1181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024