12px13px15px17px
Tarix:18/08/20

“Notepad++” redaktoru Çində bloklanıb

Çində “Notepad++” ödənişsiz mətn redaktoru və proqramın saytı bloklanıb. Proqramın yeniləməsində ölkənin uyğur əhalisinə və Honkonqdakı etirazlara dəstək aşkar edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Çin hakimiyyəti “Notepad++” mətn redaktorunu və onun saytını bloklayıb. Bloklanmanın səbəbi izah edilməyib, ancaq bir neçə nəşr eyni anda bildirib ki, bu, proqramın yeniləməsi ilə bağlıdır. Proqramın adında və mənbə kodunda “Free Uyghur” ("Uyğurlara azadlıq") və “Stand With Hong Kong” ("Honkonqu dəstəkləyirik") sözləri aşkar edilib.
 
2003-cü ildə hazırlanmış proqram fransalı proqramçı Don Xo tərəfindən işlənib hazırlanıb. Ödənişsiz olan “Notepad++” mətn redaktoru “Windows” sisteminin idarəetməsi altında işləyir və təxminən 90 dil dəstəkləyir. Son yeniləmədə proqramın yaradıcıları Çində insan hüquqları ilə bağlı öz narahatlıqlarını ifadə ediblər.
 
Emil Hüseynov



Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024