12px13px15px17px
Tarix:19/08/20

“Intel” və “AMD” prosessorlu yeni “Lenovo Yoga” noutbukları nümayiş olunub

“Lenovo” şirkəti “Yoga C740” və “Yoga C640” noutbuklarını rebrendiq edib. İndi birinci model “Yoga 7i”, ikincisi “Yoga 6” adlanır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, yenilənmiş “Yoga 7i” ən yeni “Intel” prosessorları ilə təchiz edilib. Söhbətin sentyabrın 2-də rəsmən təqdim ediləcək “Tiger Lake” mikroarxitekturasından getdiyi ehtimal olunur. On nanometrlik “SuperFin” texnologiyası əsasında hazırlanan yeni mobil çiplər seriyası daha yüksək məhsuldarlığa və az enerji sərfiyyatına, eləcə də quraşdırılmış “Xe” qrafikasına malik olacaq.
 
“Yoga 7i” 14 və 15 düym diaqonallı ekranlarla olmaqla iki variantda təklif ediləcək. Onların hər ikisi ön “Dolby Atmos” dinamikləri, örtüklü veb-kamera və maksimal məlumat ötürmə sürəti 40 Qbit/saniyə təşkil edən iki “Thunderbolt 4” portu ilə təchiz olunub.
 
“Yoga 6” 13,3 düym diaqonallı olmaqla bir variantda buraxılacaq. Noutbuk və planşet hibridi “AMD Ryzen” çiplərinə (maksimal komplektasiyada Ryzen 7 4700U) malikdir. Qurğu “Amazon Alexa” səsli köməkçisi ilə inteqrasiya olunub. Altmış vatt-saat tutumlu batareya 18 saatlıq avtonom iş üçün nəzərdə tutulub. Ekranın parlaqlığı 300 kandel/kvadratmetr təşkil edir.
 
ABŞ-da “Yoga 6” modelinin satışlarına oktyabrda, “Yoga 7i” noutbukunun isə noyabrda başlanılacaq. Onların qiyməti müvafiq olaraq 699 və 799 dollar təşkil edəcək.
 
Nizam Nuriyev




Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024