12px13px15px17px
Tarix:10/12/11

“Panasonic” şirkəti Avropa üçün ilk smartfonunu istehsal edib

“Panasonic” şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş ilk “Android” smartfonunun prototipini təqdim edib,- “SlashGear” xəbər verib. Qurğunun satışa 2012-ci ilin mart ayında çıxacağı bildirilir. Model haqqında informasiya hələ ki azdır.

Smartfon nazik korpusda hazırlanıb, 960x540 piksel kəskinlikli 4,3 düymlü  “OLED” ekran və kontaktsız ödənişlər üçün “NFC” modulu ilə təchiz edilib. “Panasonic” şirkəti 2012-ci ildə Avropada 1.5 milyon belə aparat satmaq niyyətindədir. Şirkət 4 il ərzində Yaponiya ərazisindən kənarda ən azı 9 milyon smartfon satmağı planlaşdırır.




Baxış sayı: 1291

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024