12px13px15px17px
Tarix:25/08/20

“Windows 95” sisteminin 25 yaşı tamam olub

Avqustun 24-də 1995-ci ildə buraxılan “Windows 95” əməliyyat sisteminin 25 yaşı tamam olub. İlk beş həftə ərzində əməliyyat sisteminin 7 milyon surəti satılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler www.rambler.ru” resursuna istinadən yazır ki, əməliyyat sisteminin “Windows” seriyasında ilk olmamasına baxmayaraq məhz onda ənənəvi “Start” düyməsi, eləcə də gələcəkdə uzun illər ərzində istifadə olunan əsas dizayn elementləri yaradılıb.
 
Bundan başqa, təkmilləşdirilmiş çoxfunksiyalılıq, sadələşdirilmiş axtarış, ənənəvi qrafik interfeys, 32 bitlik proqramların dəstəklənməsi və s. “Windows 95” əməliyyat sistemində quraşdırılıb. Bununla yanaşı, interfeysin əsasını “IBM” şirkətinin “OS/2” əməliyyat sistemi təşkil edib.
 
Sistemin digər xüsusiyyətləri arasında “Plug and Play” funksiyasını, uzun fayl adlarının (250 simvoladək) dəstəklənməsini, “MSN” sistemini, ilkin “Internet Explorer” versiyasını və s. qeyd etmək mümkündür.
 
Hazırda sistem tam köhnəlsə də, “MS-DOS” əməliyyat sistemli retro oyun həvəskarları üçün “Windows” sisteminin ilkin versiyaları aktuallığını itirməyib.
 
Nizam Nuriyev




Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024