12px13px15px17px
Tarix:25/08/20

Məlumatların həcminin artması “Əşyalar interneti”nə təhlükə yaradır

Məlumatların həcminin və “Əşyalar interneti (IoT)” qurğularının sayının kəskin artması şəraitində kibertəhlükələrin sayı yüksəlib. “IDC” analitik şirkətinin yeni araşdırması bu məsələyə həsr edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, 2025-ci ilədək dünyada təxminən 79 Zbayt həcmində məlumat generasiya edəcək 41,6 milyard “IoT” avadanlıq əlçatan olacaq. Müqayisə üçün, 2016-cı ildə mütəxəssislər yalnız 0,18 Zbayt həcmində məlumat yaradılması və saxlanılması haqqında bildirmişdilər.
 
Bu fonda kiberhücumların miqyası artır və hakerlər üçün yeni imkanlar yaranır, informasiya təhlükəsizliyi üzrə mütəxəssislər isə sistemlərin müdafiəsi üçün çox mürəkkəb məsələləri həll etmək məcburiyyətindədirlər. Bu problem “Əşyalar interneti” bazarında tənzimləmə tədbirlərinin yoxluğu və təhlükəsizliyin təmin olunmaması ilə daha da çətinləşir.
 
Analitiklərin sözlərinə görə, istehlakçıların əksəriyyəti özlərini və fərdi “IoT” qurğularını icazəsiz müdaxilələrdən necə qoruyacaqlarını bilmir. Buna görə 2019-cu ildə “Əşyalar interneti” seqmentində məlumatların itkisi üzrə yüksəliş olub və belə kiberhadisələrin təxminən 26%-i onların payına düşüb.
 
Analitiklər şifrləmə və “bulud” sistemində məlumatların yüklənməsi və saxlanılması üçün xüsusi mühafizə sistemlərini “Əşyalar interneti”ndə kibertəhlükəsizliyi təmin etmək üçün tədbir kimi qiymətləndirirlər.
 
Avropa Komissiyası internetə qoşulmuş bütün qurğular üçün məcburi sertifikatlaşdırma yaratmağı nəzərdən keçirir.
 
Emil Hüseynov



Baxış sayı: 828

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024