12px13px15px17px
Tarix:26/08/20

“TikTok” ilk dəfə qlobal istifadəçi statistikasını açıqlayıb

Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” xidmətinin rəhbərliyi ilk dəfə istifadəçilərin sayını, onların aktivliyini, həmçinin 2 il ərzində auditoriyanın artmasını açıqlayan qlobal statistika dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə amerikalı istifadəçilərin aylıq aktiv auditoriyası üzrə artım 800% təşkil edib. Eyni zamanda mobil proqramdan daima istifadə edən amerikalıların sayı 100 milyondan çoxdur, 50 milyon gündəlik “TikTok” xidmətindən istifadə edir.
 
Müvafiq artım tempi bütün dünyada müşahidə edilir. 2018-ci ildə “TikTok” xidmətinin ümumi auditoriyası 55 milyon idi. 2018-ci ilin sonuna bu göstərici artıq 271 milyon istifadəçi olub. 2020-ci ilin avqustuna olan statistikaya görə, mobil proqram 2 milyard dəfədən çox yüklənilib. “TikTok” analitiklərinin hesablamalarına görə, 2020-ci ilin iyulunadək xidmətin aktiv auditoriyası 700 milyona yaxınlaşıb.
 
Emil Hüseynov



Baxış sayı: 1983

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024