12px13px15px17px
Tarix:27/08/20

“Sony PlayStation 5” üçün ilkin sifarişlərin qəbuluna başlanılıb

“Sony” şirkəti yeni “PlayStation 5” oyun konsolu üçün ilkin sifarişlərin onlayn qəbuluna başlayıb. Müraciət formasını hamı doldura bilsə də, üstünlük xüsusi dəvətnamələr göndərilən istifadəçilərə verilir.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, qeydiyyatın onlayn şəkildə aparılması “PS5” qurğusunun ilkin sifariş üçün məhdud sayda olması ilə əlaqədardır. Şirkət nümayəndələrinin sözlərinə görə, dəvətnamələr istifadəçilərin əvvəlki hərəkətləri əsasında formalaşdırılır, lakin onlar qurğu üçün ilkin sifarişin verilməsinə zəmanət vermir. Dəvətnamə məhdud vaxt ərzində qüvvədə olacaq və yalnız konkret “PSN” identifikatoru üçün aktivdir.
 
Məlumata görə, xidmətdən hazırda yalnız ABŞ sakinləri yararlana bilərlər. Satışa çıxarılan məhsulların siyahısı da məhdud olacaq: hər istifadəçi bir konsol (PS5 və ya PS5 Digital Edition) və iki digər məhsul – simsiz oyun kontrolleri, coystiklər üçün enerjidoldurma qurğusu, “Pulse 3D” qulaqcığı, məsafədən idarəetmə pultu və “HD” kamera sifariş edə bilər.
 
Məlumatda “PlayStation 5” oyun konsolunun qiyməti və buraxılış tarixi göstərilmir. Analoji proqramın Avropa, Rusiya və digər regionlar üçün istifadəyə veriləcəyi barədə məlumat verilmir.
 
Nizam Nuriyev




Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024