12px13px15px17px
Tarix:01/09/20

“Lenovo Tab P11 Pro” planşeti nümayiş olunub

Çinin "Lenovo" şirkəti qabaqcıl "Tab P11 Pro" planşetini təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, planşet "HDR10" və "Dolby Vision" genişləndirilmiş dinamik diapazon dəstəkli "2K" (2560 x 1600 piksel) təsvir ölçülü 11,5 düym diaqonallı "OLED" ekranla təchiz edilib. Ekran ətrafındakı çərçivələr nazikdir (6,9 mm) və bütün tərəflərdən eynidir. Planşet dörd "JBL" dinamiki üçün iki tərəfdən barmaqlıqlı alüminium ərintili korpus ilə təchiz olunub. Korpusun qalınlığı ən nazik yerdə 5,8 mm, ən qalında isə 7,7 mm təşkil edir.
 
"Snapdragon 730G" birkristallı sistemi üzərində qurulan "Lenovo Tab P11 Pro" planşeti təkrar enerji toplamadan 15 saatlıq iş üçün kifayət edən 8600 milliamper/saat tutumlu akkumulyatora malikdir. İstifadəçilərə 4 və 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyalar təklif olunur.
  
"Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşetin arxa panelinə iki – 13 meqapikselli əsas və 5 meqapikselli enlibucaqlı kamera quraşdırılıb. Ön paneldə iki kamera da mövcuddur: 8 meqapikselli və sifətin tanınması sisteminin işi üçün "ToF" kamerası. Həmçinin videozənglər zamanı avtomatik fon bulanması mövcuddur.
 
Bundan əlavə, klaviaturalı əlavə birləşdirici stansiya, eləcə də ölçüləri dəyişkən pəncərələri dəstəkləyən masaüstü kompüter interfeysi nəzərdə tutulub. Həmçinin rəssamlar üçün planşetdə "Lenovo Precision Pen 2" stilus dəstəyi mövcuddur.
 
Noyabrda satışa çıxarılacaq "Lenovo Tab P11 Pro" planşetinin qiyməti 699 avro təşkil edir.
 
Nizam Nuriyev






Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024