12px13px15px17px
Tarix:01/09/20

“Xiaomi” şirkəti “Ginnesin rekordlar kitabı”na düşüb

Çinin “Xiaomi” şirkəti məhsullarını onlayn tədarük kanalları ilə aktiv satması və pərakəndə satış mağazaları açması sayəsində böyük uğur qazanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, avqustun 31-də şirkətin təkcə Hindistan ərazisində 3 mindən çox mağaza açaraq yenidən “Ginnesin rekordlar kitabı”na daxil olması elan edilib. Qeyd edək ki, iki il əvvəl Hindistanda 500 “Mi Store” mağazası fəaliyyət göstərib. Ötən ilin avqustunda isə şirkət 2000 nömrəli mağaza açıb. Belə çıxır ki, “Xiaomi” il ərzində 10 min – gündə orta hesabla üç mağaza istifadəyə verib.
 
Hindistan bazarına 2014-cü ildə daxil olan şirkət hazırda ölkədə aparıcı smartfon brendidir, eləcə də “ağıllı” televizorlar bazarında birinci yeri tutur.
 
Bu hadisəni şərh edən “Mi India” mağazasının baş əməliyyat direktoru Muralikrişnan B dəstəyə görə pərəstişkar və tərəfdaşlara minnətdarlığını bildirərək şirkətin gələcəkdə də ölkədə mövqeyini möhkəmləndirməyi planlaşdırdığını qeyd edib.
 
Nizam Nuriyev




Baxış sayı: 481

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024