12px13px15px17px
Tarix:03/09/20

“Samsung Galaxy Book Flex 5G” noutbukunun çəkisi diqqəti cəlb edir

“Samsung Electronics” şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işi dəstəkləyən “Galaxy Book Flex 5G” portativ hibrid kompüterini rəsmən təqdim edib.  
 
 “ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “Intel Evo” platforması əsasında qurulan yeni qurğuda modifikasiyadan asılı olaraq “Iris Xe” məhsuldarlıq qrafikasına malik “Tiger Lake” nəsilli “Intel Core i5” və ya “Core i7” prosessorundan istifadə olunur. “LPDDR4x” operativ yaddaş tutumu 16 giqabayt təşkil edir. Məlumatların saxlanılması üçün 512 giqabayt tutumlu “NVMe” bərkcisimli toplayıcısı cavabdehlik daşıyır. Əlavə olaraq “microSD” yaddaş kartını quraşdırmaq mümkündür.
 
Qurğu noutbuku planşet iş rejiminə çevirmək üçün 360 dərəcə döndərilən “Full HD” (1920 × 1080 piksel) formatlı 13,3 düym diaqonallı sensor ekranla təchiz edilib. Displeylə həm barmaq, həm də “S Pen” qələmi vasitəsilə işləmək mümkündür.
 
Planşet 13 meqapikselli əsas kamera və 720р formatlı əlavə kamera ilə təchiz olunub. “5G” modemi ilə yanaşı, “Wi-Fi 6 (Gig+) 802.11ax 2×2” və “Bluetooth 5.1” simsiz rabitə adapterləri mövcuddur. Həmçinin 5 vatt gücündə qoşa dinamiklı “AKG” audiosistemi, daktiloskopik skaner, işıqlandırıcıya malik klaviatura, “Thunderbolt 4”, “USB Type-C”, “USB 3.0” və “HDMI” interfeysləri nəzərdə tutulub.
 
Çəkisi 1,26 kq, qabaritləri 304,9 × 202,3 × 13,9-14,9 mm təşkil edən “Samsung Galaxy Book Flex 5G” planşetini enerji ilə 69,7 vatt-saat tutumlu akkumulyator batareyası təmin edir. Qurğu “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Nizam Nuriyev




Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024