12px13px15px17px
Tarix:04/09/20

Ən bahalı “Samsung” smartfonu təqdim edilib

“Samsung” brendinin “Galaxy Z Fold 2 Thom Browne Edition” adlı ən bahalı smartfonunun qiyməti açıqlanıb. Bu barədə şirkətin materiallarına istinadən “SamMobile” nəşrinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, qurğu əvvəllər təqdim edilmiş “Galaxy Z Fold 2” bükülən smartfonunun eksklüziv versiyasıdır. Smartfon modelyer Tom Braun ilə əməkdaşlıqda hazırlanıb. O, qırmızı, ağ və mavi zolaqlı gümüşü rəngli korpusa malikdir. Analoji dizayn ilə “Galaxy Watch 3” “ağıllı” saatı və model dəstinə daxil olan “Galaxy Buds Live” qulaqcığı təchiz edilib. Bir müddət əvvəl T.Braun Cənubi Koreya brendinə “Galaxy Z Flip” qatlanan smartfonunun məhdud versiyasının yaradılmasında kömək edib.
 
Texniki baxımdan orijinal modeldən fərqlənməyən qurğu 7,6 düym diaqonallı elastik daxili displey və 6,23 düymlük kənar ekrana malikdir. Qurğu “Snapdragon 865+” prosessoru, 12 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaş, hər biri 12 meqapikselli 3 sensorlu kamera ilə təchiz olunub.  
 
“Galaxy Z Fold 2” smartfonunun məhdud sayda buraxılan versiyasının qiyməti 3299 dolar təşkil edir. Model sentyabrın 25-dən etibarən bir sıra ölkələrdə satışa çıxarılacaq. “Galaxy Z Fold 2 Thom Browne Edition” smartfonu 5 min ədəd sayda buraxılıb.
 
Nizam Nuriyev




Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024