12px13px15px17px
Tarix:07/09/20

“Xiaomi Mi TV 4A Horizon Edition” televizorlarının qiyməti 180 dollardan başlayır

Çinin “Xiaomi” şirkəti “Mi TV 4A Horizon Edition” ailəsinə aid 32 və 43 düym diaqonallı “ağıllı” televizorlar nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, kiçik modelin təsvir ölçüsü “HD” (1366 × 768 piksel), böyüyünün isə “Full HD” (1920 × 1080 piksel) təşkil edir. Ekran panelin müvafiq olaraq 93 və 95 faizini əhatə edir. Hər iki halda baxış bucağı 178 dərəcəyə bərabərdir.
 
Məlumata görə, yeni qurğularda “Mali-450 MP3” qrafik sürətləndiricisi ilə təchiz edilən 1,5 QHs takt tezlikli dördnüvəli “Amlogic Cortex-A53” prosessorundan istifadə edilib. Operativ yaddaş tutumu 1 giqabayt, quraşdırılmış yaddaş 8 giqabayt təşkil edir.
 
Televizorlar “Wi-Fi 802.11b/g/n” (2,4 QHs) və “Bluetooth 4.2” simsiz rabitə adapterləri, eləcə də “Ethernet” şəbəkə kontrolleri ilə təchiz olunub. Həmçinin üç “HDMI” çıxışı, iki “USB 2.0” portu və “S/PDIF” interfeysi mövcuddur.
 
Bundan əlavə, 2 × 10 vatt gücündə stereofonik dinamikli audiosistem nəzərdə tutulub. Proqram platforması qismində “PatchWall” interfeysli “Android” əməliyyat sistemi tətbiq edilib.
 
Kiçik modelin qiyməti 180 dollar, böyüyünün isə 310 dollar arasında dəyişir.
 
Nizam Nuriyev




Baxış sayı: 1148

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024