12px13px15px17px
Tarix:08/09/20

“Chuwi GemiBook” noutbuku təqdim edilib

Planşet və noutbuklar istehsalçısı – “Chuwi” şirkəti “Chuwi GemiBook” adlı noutbuk təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, noutbuk 3:2 tərəf nisbətli “2K” (2160 х 1400 piksel) təsvir ölçülü 13 düym diaqonallı ekran, “Intel J4115” prosessor, eləcə də 12 giqabaytlıq operativ və 256 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib.
 
Məlumata görə, qurğunun məhsuldarlığı ev və ofisdə gündəlik istifadə üçün yetərlidir. Quraşdırılmış videokart “4K” təsvir ölçülü videonu dekodlaşdırmağa imkan verir.
 
Korpusu metaldan hazırlanan “Chuwi GemiBook” noutbukunun çəkisi 1,34 kq təşkil edir və “A4” formatlı kağız vərəqi ilə müqayisə oluna bilinən qabaritlərə malikdir. Bu səbəbdən onu çantada asanlıqla daşımaq mümkündür. Bundan başqa, noutbukun ekranı 180 dərəcə açılır.
 
Sentyabrın ortalarında satışa çıxarılacaq “Chuwi GemiBook” noutbukunun qiyməti 299 dollara bərabər olacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024