12px13px15px17px
Tarix:12/12/11

Bank və maliyyə xidmətləri göstərən poçt şöbələrinin sayı artır

Hal-hazırda “Azərpoçt” MMC-nin 1000-ə yaxın poçt şöbəsi bank və maliyyə xidmətləri göstərir. Bu barədə “Azərpoçt” MMC-dən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Gəncə, Şəki Regional Poçt filialının bütün poçt şöbələri, Xaçmaz, Ağcabədi, Göyçay, Beyləqan və Quba Poçt filiallarının 12 poçt şöbəsi bu xidmətə qoşulub.

Məlumatda daha sonra bildirilir ki, digər filiallarda uyğun tədbirlər davam etdirilir və poçt şöbələrinə Mərkəzi Bank tərəfindən bu xidməti göstərmək üçün lisenziya veriləcək.

Bu poçt şöbələrində vətəndaşlara lisenziya depozit qəbulu və kredit verilməsindən başqa digər bank xidmətləri təqdim olunacaq. Poçt şöbələrində valyuta mübadiləsi məntəqəsinə böyük maraq var.

Xidmət sahəsi olduğundan burada digər xidmətlər də təklif olunur. Bundan başqa bu poçt şöbələrində vətəndaşlar “Western Union” xidmətinə də qoşulacaq ki, bu da poçt şöbələrinin statusunu bir qədər də artıracaq. Layihə üzrə 1200 poçt şöbəsinin bank və maliyyə xidmətlərinə qoşulacağı gözlənilir.

Bank və maliyyə xidmətləri şəbəkəsini genişləndirməyi qarşıya hədəf seçən müəssisə bu layihəni həyata keçirməklə istənilən bankla rəqabət aparmaq və onu üstələməyi qarşıya məqsəd qoyub.




Baxış sayı: 892

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020